Rübai Lyrics[Bənd 1]
Bəlkəsiz təsadüflərdən biriydik
Zaman kama gəlib sonda qovuşdurdu bizi
Yolun sonu olduğun ilk addımlardan bilirdik
Amma ülvi hisslərimiz gəl ki, nə xoş yordu bizi
Bitir hər şeir onsuz, yadda qalan məna olur
Biri hər şeyin olur, sonra heç nədən məsafə olur
Sanardım ölümdür unudulmağın ən sadə yolu
Sevgiyçün sayılan səbəblər ayrılığa bəhanə olur
Geri qalan nədir bəs ötən aylar ya illərdən?
Bir gülüş, bir göz yaşı, bir də soyuq ifadə olur
Heç nə olmur anidən, radə-radə olur
Birinci səni istəyir, sonra istədiyi müsadə olur
Zamanla heç nə düzəlmir, dəyişmir həqiqətlər
Sadəcə hisslər formalaşır, dəyişmirik əlbəttə
Dəyişən tək inamıdır ki, dinləməz məni diqqətlə
Çünki dediyim bir çox şey gəlmir ona səmimi qəlbdən
Hərçənd eşqimə tən sözlər verdim
Və məqamsız tərk etdim onu, yenə də gözlər deyirdim
Gözləmədi bir an belə, dərd dolub dörd tərəf indi
Sevgim sonsuz olsa da, mən ona çox azını göstərə bildim
Heç nə səbəb, ya bəhanə deyil, onun özün istərdim
Öpməyə bir üzünü verəndə belə o biri üzün istərdim
O qədər naşükür xislətim, aramla üzr istərdim
Xülasə bir qələmdir, aşkar elədi bütün hisslərimi
Heyif bəzi şeylər olmur istəməklə
Özüm yaxşı olmadan elə onu-bunu pisləməklə
Yolun izi dərd olmağa başladı sonunu gözləməkdən
Bir ildə həddən çox böyüdüm, artıq olmur hisslər əyinə
Ulduzları göydə tutandan dilədim səni mən
Yeddi gündə cümlə-cahandan dilədim səni mən
Varlığında anlamırdım deyəndə ki, “səninəm”
Ayrıldığımız məqamın ertəsindən dilədim səni mən
Sonrakı peşmançılıqdan fayda gözlərəm
Səni üç ay gözlədim, lap beş ay da gözlərəm
Adına müxəmməs, qitə, qəzəl, qəsidə, nəzm-nəsirlər
Yazmışam ki, aldanmayasan adi sözlərə
Qəsdən yanındayam elədiyin hər səhvə inad
Göz yaşlarının dadını hər ağlamağından bilirəm
İncimirəm, küsmürəm heç səndən, inan
Qəlbimin hər qırığın halal olan haqqımdan silirəm
Artıq başa düşmür məni sevdiyim mahnılar belə
Gözləməm kimsədən kömək, nə də ki, tanrıdan bir əl
Silərəm bir qələmlə, incitməz hər hansı xatirən
Səbrim xəyali saqilərə daşar ikən də sakitəm
O qədər qürurlu, bir o qədər qan ağlayan
Ayrılıqla bitdiyini sandığın hər nağılın ardıyam
Bir addım ardımda dayan, qorxudanda buludlar səni
Sevmək vərdişin, amma niyəsə əlindən unutmaq gəlir
Özümü üstələməyə başlayıb öz mübarizəm indi
Hiss fikirdən çox idi, gözləməzdim azalmağın
Bir müddət münasibəti tək ayaqda tutan sən idin
O vaxtı səni ayaqda tutmağı da mən bacarmadım
Saat, gün, həftə ötdükcə hər söz cümlədən aciz
Qaldı kölgədə məhəbbət, üstünə min fikir hördük
Nəticəmiz oldu pis, qopdu əllərimiz, xudahafiz
İçimdəki narahatçılığa çarə olmadı iki dördlük
[Nəqərat]
İndi dön desən də, tutmaz əllərim
Qalın geyin, soyuqdur çöllərim
İçimdə dön-dolan, bax illərə
Sənsiz keçir, donur fəsillərim
Necə sıxır bu xatirə yaman
Düşüncələrdə bitmədi güman
Yalan-dolan, hər nə isə keçmişi
Atdım yanar oda zaman-zaman
[Bənd 2]
Anlamırdım, göylərdən damırdın
Hər payız gələndə mən sənçün gül dərirdim
Yadigarmış, mən xatirəm sanırdım
Eşitdiyin nə xoş söz varsa, hər biri hər cür mənimdir
Ən böyük dərdim özümlə, içkidən nə hallara qalırdım
Həmin günlərə baxıb, əsəbimdən gülürəm indi
Əslində etdiklərim sevgisizlikdən qaynaqlanırdı
Amma bilirəm ki, qıraqdan başqa cür görsənirdi (hamıya)
Eşqimlə ucaltdığım göydələn ətrafının
Öz gözlərimlə gördüm nə cür nifrətinlə hörüldüyün
Sənə olan dürüstlüyümə tərs olmasın deyə
Qəsdən yalanlarına inanmağım idi mənim böyüklüyüm
Deyəsən səhv insanların taleyin daşıyırıq
Bir savabında əlimiz yox, hər günahına isə könüllüyük
Tərk eləyir ətir gülləri, vaxt keçir və bir gün gəlir
Anlayırsan, yaşamaq istədiyimiz qədər ölümlüyük
Gözüm dönməz əsla kindən, əsəbdən
Əməl olsun düz, vacib deyil hökmün mənə əhddən
O - içdə sıxıntı, bilmirəm üzgün nə cəhətdən
Mənə tərkedişlər maraqlı və mümkünsə səbəblər
Hansılar ki, bağlayıb məni bir nöqteyi nəzərə
Dəyişməz məqamı hissimin, indidən sonra neyləsə də
Min söz deyib məsələn, tutmayıb heç birin
Məndən sonra başqası olubdursa da, olmayıb ev kimi
Yor fikrimi, itirmişəm çoxdan ağlımı
Suallara izah vermə, cavabın: hə ya yox?! - maraqlıdır
Mövzular qərəzsiz anlaşılmaz həddə gəlib
Çünki filmin özünə baxmır heç kim, hamıya sonu maraqlıdır
Xəttimin nizamı düzgündür, bədən düşüb əldən
Axdıqca göz yaşı bəndlər üstə gəlməz gülüş ərsə
Mən qoyan nöqtənin qaranlığında əriyər hər günəş
Yazdığım sözlərin ağırlığını özün düşünərsən
Ya! Gözüm bağlı, beyində sözdən ibarət ordular
Müharibə, insan səsləri, nalələr, bağırtılar
Qələm özümdən üstün, qaralamalarımda son duam
Ən ali sınaq bu, önümdə min yanlışa bir doğru var
Qəlbimdəki buzları ərit əllərimə toxunmadan
Ağ parçama qara bəxtim hərf-hərf toxunmadan
Yalnızlığımda kimsə yox boşluğu doldurmağa
Sanki dünyadan köçmüşəm hələ insanlar doğulmadan
[Nəqərat]
İndi dön desən də, tutmaz əllərim
Qalın geyin, soyuqdur çöllərim
İçimdə dön-dolan, bax illərə
Sənsiz keçir, donur fəsillərim
Necə sıxır bu xatirə yaman
Düşüncələrdə bitmədi güman
Yalan-dolan, hər nə isə keçmişi
Atdım yanar oda zaman-zaman