[Bənd 1]
Mən ömründən bir parça
Gülüşünlə dünyada mənə bəxş etdin dünya
Heç kim səndən çox sevə bilməz
Bilirəm ki, nə də olsa yenə qoymazsan tənha
[Keçid]
Məni əziyyət çəkib boya-başa çatdıran
Əlimi, üzümü, gözümü öpən ana
[Nəqərat]
Mənim anam – göz bəbəyim
Mənim anam – cənnət mələyi
O qədər darıxır ürəyim, inan, sənsiz
Kimsə əvəz etməz yerini
Öpürəm sənin əllərini
Bir ömür solmaz çiçəyim, ana
Mənim anam – göz bəbəyim
Mənim anam – cənnət mələyi
O qədər darıxır ürəyim, inan, sənsiz
Kimsə əvəz etməz yerini
Öpürəm sənin əllərini
Bir ömür solmaz çiçəyim, ana
[Bənd 2]
Mən qürbətdə, sən ocaqda
Ürəyim sızlar, ağlar
Darıxar səndən uzaqda
Sən mənim ən saf eşqimsən
Həyata bağlayan insan
Mənim hər dərdimə dərman
[Keçid]
Məni əziyyət çəkib boya-başa çatdıran
Əlimi, üzümü, gözümü öpən ana
[Nəqərat]
Mənim anam – göz bəbəyim
Mənim anam – cənnət mələyi
O qədər darıxır ürəyim, inan, sənsiz
Kimsə əvəz etməz yerini
Öpürəm sənin əllərini
Bir ömür solmaz çiçəyim, ana
Mənim anam – göz bəbəyim
Mənim anam – cənnət mələyi
O qədər darıxır ürəyim, inan, sənsiz
Kimsə əvəz etməz yerini
Öpürəm sənin əllərini
Bir ömür solmaz çiçəyim, ana