Maşın Lyrics[Giriş]
O yandan maşın, bu yandan maşın
O yandan maşın, bu yandan maşın
O yandan maşın, bu yandan maşın
O yandan maşın, bu yandan maşın
[1-ci hissə]
Cavan uşağa dövlət Zil verir
Kilometrajı yüz qırx mil verir
Adam vuranda iş on il verir
Судья soruşmur cavanın yaşını
[Nəqarət]
O yandan maşın, bu yandan maşın
Adam az qalır, itirsin başın
[2-ci hissə]
Varam Volqaya, bir də ki Zim-ə
Halaldır alsan, onu yüz minə
Əlindən rulu vermə heç kimə
Tutalım, ola doğma qardaşın
[Nəqarət]
O yandan maşın, bu yandan maşın
Adam az qalır, itirsin başın
[3-cü hissə]
Motor səs salır yağlamayanda
Kapotu möhkəm bağlamayanda
İnspektorçuya saxlamayanda
Ağardır gözün, oynadır qaşın
[Nəqarət]
O yandan maşın, bu yandan maşın
Adam az qalır, itirsin başın
[4-cü hissə]
Məştağa yolu bir azca yoldur
Bir yanı sağdır, bir yani soldur
Yük daşıyanlar o yolda boldur
Karyerin daşıyır torpağın, daşın
[Nəqarət]
O yandan maşın, bu yandan maşın
Adam az qalır, itirsin başın
[5-ci hissə]
Maşın çox idi, yollar dar idi
Bütün sürücülər məndən zar idi
Əlimdə təzə bir maşın var idi
Marşrutum oldu Bakı-Qutqaşın
[Nəqarət]
O yandan maşın, bu yandan maşın
Adam az qalır, itirsin başın
[Sonluq]
O yandan maşın, bu yandan maşın
Adam itirir elə bil başın
O yandan maşın, bu yandan maşın
O yandan maşın, bu yandan maşın
O yandan maşın, bu yandan maşın
O yandan maşın, bu yandan maşın