[Bənd 1]
Gözümün önündən getmir baxışın
Sözlü nəzərlərin parıldayırdı
Yağdırıb qəlbimə ən son yağışın
Gözlərin nə isə pıçıldayırdı
Gözümün önündən getmir baxışın
Sözlü nəzərlərin parıldayırdı
Yağdırıb qəlbimə ən son yağışın
Gözlərin nə isə pıçıldayırdı
[Nəqərat]
Hər bir qırpımında yeni ifadə
Gah imdad harayı, gah da təbəssüm
İki gözə sığan minlərlə sözü
Anlaya bilmirdim, inan mən özüm
İki gözə sığan minlərlə sözü
Anlaya bilmirdim, inan mən özüm
[Keçid]
Gəl, ay ata
Gəl, ay ata
Canımın cananısan
Gəl, ay ata
(Gəl) Ay ata
Qəlbimin parasısan
[Bənd 2]
Bəlkə yuxularda bir yer danışıb
Görüşək, nəhayət anlat sözünü
Fikrim yanındadır, yaman qarışıb
Mənə nə deyirdin, söylə düzünü
Bəlkə yuxularda bir yer danışıb
Görüşək, nəhayət anlat sözünü
Fikrim yanındadır, yaman qarışıb
Mənə nə deyirdin, söylə düzünü
[Nəqərat]
Hər bir qırpımında yeni ifadə
Gah imdad harayı, gah da təbəssüm
İki gözə sığan minlərlə sözü
Anlaya bilmirdim, inan mən özüm
[Keçid]
Gəl, ay ata
Gəl, ay ata
Canımın cananısan
Gəl, ay ata
Gəl, ay ata
Qəlbimin parasısan