Video de: Bir Muddet Lyrics Sahin Lizade » Lyrics Fox.MusicaDe.Win

Bienvenidos a Fox.MusicaDe.Win Disfruta del Video de: Bir Muddet 2025 Sahin Lizade » Lyrics y comparte musicas con los amigos, Musica Gratis 2025! Fox.MusicaDe.Win!.

Video de: Bir Muddet Lyrics Sahin Lizade » Lyrics

Sahin Lizade - Bir Muddet Lyrics


[Bənd 1]
Getdi cavanlıq əlimdən, dərdləri ömrün ən gözəl vaxtlarında çəkdim
Kədər toxumların qəlbimin ən münbit torpaqlarında əkdim
Qıza görə dostlarım da çəkilir, çoxalır otel otaqlarında şəklim
Artıq mənə fərq eləmir, birgə qalır onla ünvanlarında hər kim

Belə olmağın istəməzdim, istəməzdim mən, düzü, heç özüm də
Parıldamır daha baxışlarım, çoxdan batıbdır günəşim üzümdə
Keçmişə baxmıram üzrlə, qopmur “darıxmışam” cümləsi könüldən
Həyatın çətinliyindən danışan dostlarının, de, neçəsi üzləşib ölümlə?

O bağlı qapıların heç birin açmamışam sənlə
Unutmuşam gülüşünü, necə olursan güləndə?
Qaçdım boş şeylərin uğruna, çox yoruldum mən də
Çox dirəndim, çox dözdüm sənə, heyif, alınmadı yenə də

Axtarma, bir də məhəllənizdə gözləyən deyiləm saatlarla
Əsəbi, yalqız, nifrətini tökür gecə ‘’WhatsApp’’da ‘’stat’’larına
Həyatın xeyli monoton gedirsə, qar yağdırım uca dağlarına
Sən bir gün çıxıb gedəndə bu şəhərdən kim dolacaq çamadanlarına?

[Nəqərat]
Bir yolu seç, bax, mənə görə heç nəyin
Bir önəmi yox, tez qayıdaram, sanma
Danışarıq, amma...
Deyiləcək bir sözün qalsaydı üzümə qarşı
Əhval sayrışır, nə pis, nə yaxşı
Gecələrinsə gündüzlərimə qarışıb
Bir-iki düz söz danış, amma tez süz
Məni sənə çəkirlər
Fırlanır fikirlər...
Ağlımda
Amma aramızdakı fərqi sezdim
Dedin, sevərəm, eşq mənçün heçdir
Qoyduğun hörmətin bir qədəri yetdi
Necə oldusa, həyatıma gəldin, getdin

[Bənd 2]
Daxilimdə çox düşündüm, açığı, bəzi qərarlar aldım
İndiyə qədər yaxşı insan idimsə, indidən sonrası marağıma qalıbdır
Mənim üçün heç bir şey ifadə eləmir bəzi məqamlar artıq
Bir ovuc xoşbəxtliyim var idi, onu da həsrətinin yollarında dağıtdım

Daha düzəlmə ehtimalı olmayan heç nəyə görə ümidlənmirəm
Kefimin yaxşılaşmağına səbəb ola bilməyəcəklər yaxınlaşmasın
Sənçün mən və ya başqası, mənçün tək sən idin yeganə seçimim
Heç kimə keçmərəm dеdiyim şeylərin, inan, bir çoxun sənə keçdim

Öyünürmüş kimi başa düşmə məni, birbaşa minnət qoyuram
Mən də gərgin idim, açığı, narahat edirdi yaranan hər bir çətinlik
Yavaş-yavaş еqon parıldamağa başladı, olmadı birdən soyumaq
Söhbət yaxşı insanlardan açılanda ilk özünü misal gətirdin

Həyatda tək uğuru məni tanımaq olan insandır, danışır öz aliliyindən
Kafe, restoran, gəzib-dolan, ‘’insta’’da filan qeyri-adi geyimlər
Məndən çox özündən razıdır, bilmirəm, səhv, ya düzləri hansıdır
Sonunda tanış olduq və mənə göstərdi görə biləcəyim üzlərin hamısını
[Nəqərat]
Bir yolu seç, bax, mənə görə heç nəyin
Bir önəmi yox, tez qayıdaram, sanma
Danışarıq, amma...
Deyiləcək bir sözün qalsaydı üzümə qarşı
Əhval sayrışır, nə pis, nə yaxşı
Gecələrinsə gündüzlərimə qarışıb

Bir-iki düz söz danış, amma tez süz
Məni sənə çəkirlər
Fırlanır fikirlər...
Ağlımda
Amma aramızdakı fərqi sezdim
Dedin, sevərəm, eşq mənçün heçdir
Qoyduğun hörmətin bir qədəri yetdi
Necə oldusa, həyatıma gəldin, getdin

Bir Muddet » Sahin Lizade Letras !!!
Esta web no aloja ningun archivo mp3©Fox.MusicaDe.Win 2025 Colombia - Chile - Argentina - Mexico. All Rights Reserved.

Musica Online, Escuchar musica online , Musica En Linea, Musica en linea gratis, Escuchar Musica Gratis, Musica Online 2025, Escuchar Musica

Musica 2025, Musica 2025 Online, Escuchar Musica Gratis 2025, Musica 2025 Gratis, Escuchas, Musica de Moda.