[Bənd 1]
Gecədir, ilahi, bir yay gecəsi
Yayın axır ayı, axır həftəsi
Sonra duyulacaq payız nəfəsi
Belə ötüşəcək fəsilin sonu
Sonra duyulacaq payız nəfəsi
Belə ötüşəcək fəsilin sonu
[Nəqarət]
Amma ötüşmür qəlbin payızı
Onun nə yayı var, nə də ki yazı
Geciksin, gəlməsin qəlbin payızı
Geciksin illərin dolaylarında
[Bənd 2]
Gecədir, ilahi, bir yay gecəsi
Yanımda saatın titrək nəğməsi
Yumuram gözümü, üşüdür məni
Üşüdür qəlbimin payız nəfəsi
Yumuram gözümü, üşüdür məni
Üşüdür qəlbimin payız nəfəsi
[Nəqarət]
Bir azdan, bir azdan söküləcək dan
Sönəcək ulduzlar, güləcək cahan
Mən sənə baxacağam yenə uzaqdan
Baxacağam üşüyən xəyallarımdan
[Bənd 3]
Gecədir, ilahi, bir yay gecəsi
Tutulub ayın da məsum çöhrəsi
Gözümdə tək səni arayan yollar
Qəlbimdə tək səni görmək həvəsi
Gözümdə tək səni arayan yollar
Qəlbimdə tək səni görmək həvəsi
[Nəqarət]
Nə vaxtsa, nə vaxtsa bu qərib nəğməm
Bürünüb payızın küləklərinə
Döyəcək qəlbinin qapılarını
Boylanıb illərin haraylarından