Video de: Simulyativ Oyun 3 3 Lyrics Ali Khayyam » Lyrics Fox.MusicaDe.Win

Bienvenidos a Fox.MusicaDe.Win Disfruta del Video de: Simulyativ Oyun 3 3 2025 Ali Khayyam » Lyrics y comparte musicas con los amigos, Musica Gratis 2025! Fox.MusicaDe.Win!.

Video de: Simulyativ Oyun 3 3 Lyrics Ali Khayyam » Lyrics

Ali Khayyam - Simulyativ Oyun 3 3 Lyrics


Elə yorğunam,
Ürəyim daş olmuşdu,
İndi mən dağ olmuşam
Həyatda mənə qalan,
Cəmi iki ağaç,
Nə xeyri?
Mən yenə çöl olmuşam
Bu nə qaranlıqdı belə?!
Bu nə uzun gecədir?!
Yaşamağa bir səhərim də yox
İlham da küsüb gedib məndən,
Gəlmir daha,
Yazıb, oxuyub, ağlamağa bir şeirim də yox
Kaş inanardım yenə,
İndi namazıma qibləm də yox
Bu nə boşluğdur?!
Bu nə göy üzüdür?!
Bu nə hüzndür?!
İlahi!
İnanmağa bir Allahım da yox

Yıxılıb ölərəm elə burda
Elə burda soyunaram bədənimi,
Gəl gör ki,
Ölüb girməyə bir məzarım da yox
Küçələrim yenə boş
Küçələrimdə yanımda, Anarım yox
Ən dərin üsyanlarımda, Orxanım yox
Dərinlikdə qalmışam, səssiz və tənha
Elxanım yox
Çöl olsam,
Üstümə bir damcı su tökməyə, Röyalım yox
Boylanıb baxa bilmirəm içimə, qorxuram
İlahi!
Bu nə bəladır?!
Bu nə haldır belə?!
Tükənmişəm qələm kimi
Yazılıb, dolmuş kağız kimi
Gedilmiş yol kimi
İnanmaq kimi
Göydəkilər kimi
"O"nun kimi
Hə, "o"nun kimi!
Bəlkə də, bu hal onun ahıdır!
Tükənmişlik ölməyin ikinci adıdır!
Dost tapan yaşım keçib mənim
Fikir vermə başım qaçıb məni
Qaçıb, adını da bilmədiyim yerlərə
Gəlmir daha,
Görsən de ki:
Tək ürəklə yaşamaq olmur daha.
Bu şeir, bu qədəh, bu içki, bu siqaret
Və bir də, sarışan hallar nevrozu
Yenə atıram addımlarımı,
Ancaq ağ səkilərə
Yenə, yenə, yenə
Saata baxıram, dört dəfə.
Hara getsəm, dəyişmir sanki otağım
Sıxışıb qalıram, bu çirkli içki burulğanında
Hamıda qan axsa, mənim çaxır axır qanımda.
Bir də, gərək Səması ola yanında
Uzaqlarda anası, atası
Bir də, bir də, bir balaca, lap az, belə çox az ha, xeyir-duası
Ya da, gərək boş verəsən buraları
Məsələn Bakını, məsələn İçərişəhəri, məsələn parkları.
Hə, gərək boş verəsən, itir bu zəhərə qalmış xatirələri
Gərək tüpürəsən bütün uşaqlıq yaddaşlarına
Çıxıb gedəsən, rədd olub gedəsən bir yolluq
Hey Allah düzünü de,
Biz də "Simulyativ Oyunuq"?
Dad gəlir, bu dünyadan gəlir axmaqlıq dadı
Bilirəm, bu saxtalığın başqa nə adı?!
Bilirəm, bilirəm hardansa baxıb gülürsən
Sən, sən, mən bilirəm bu sənsən
Amma mən yenə kefsizəm, yenə halsız
Yenə yarıda saxladılmış şeir
Yenə cəmi iki saat yatıb gözlərim
İşdir, yenə qalıb eləsən bu zibil gecələrin elində,
Bilim ki, bir-iki adama xatirə qaldı sözlərim.

Simulyativ Oyun 3 3 » Ali Khayyam Letras !!!
Esta web no aloja ningun archivo mp3©Fox.MusicaDe.Win 2025 Colombia - Chile - Argentina - Mexico. All Rights Reserved.

Musica Online, Escuchar musica online , Musica En Linea, Musica en linea gratis, Escuchar Musica Gratis, Musica Online 2025, Escuchar Musica

Musica 2025, Musica 2025 Online, Escuchar Musica Gratis 2025, Musica 2025 Gratis, Escuchas, Musica de Moda.