Video de: Nur Lyrics Ali Khayyam » Lyrics Fox.MusicaDe.Win

Bienvenidos a Fox.MusicaDe.Win Disfruta del Video de: Nur 2025 Ali Khayyam » Lyrics y comparte musicas con los amigos, Musica Gratis 2025! Fox.MusicaDe.Win!.

Video de: Nur Lyrics Ali Khayyam » Lyrics

Ali Khayyam - Nur Lyrics


Bir qış gecəsi tapılmışdı
Əlləri arxadan bağlı cəsədim
Vətəndir bu, “gəl” demişdi, getmişdik
Siyasətçi “öl” dedi, öldük
Ən çox bu üşüdürdü cəsədimi
Gizlədilmiş şeirlərim var idi,
Xalqların qardaşlığı naminə
Dörd divardan daha çox
Ağlamasın deyə qadınım, gizlətdim
Ən çox bu ağrıdırdı inanclarımı
Xoşbəxtliyimi oğurlamışdılar uşaqlıqda
“Məsciddə gizlətmişik” dedilər
Getdim, “dindarsan, səcdəyə!” dedilər
“Aynalı binada gizlətmişik” dedilər
Getdim, “fəhləsən, işlə” dedilər
Sonra yağmur damlasında düşdü ovcuma
Tapdım, “oğurladın, öl” dedilər.

Kitablarımı yandırdılar sevgilim, kitablarımı yandırdılar
Fikirlərimi, şeirlərimi, gözlərimi yandırdılar
Dağlara sürgün elədilər, dağlara
Bir neçə dığa əlində oyuncaq oldu insanlığım
Çeynədilər saqqız kimi
Sonsuz qadınlarıq biz, yəni, bu bir neçə milyon
Heç bir ideya doğa bilməyən
Vətən sevgisi ərsəyə gətirə bilməyən
Sonsuz qadınlarıq, elə sən də, lap elə mən də
Kökümüz eyni, budağımız fərqliydi onlardan
Onların bahalı evlərində ucuz qadınları
Bizim qadınlarımız su, evimiz alovdan.
Tanrı eşqi parçaladıqca məni zərrə-zərrə səmaya
Və çevirdikcə bu biçarə canımı bir səmazənə
Gülümsəyərsə əgər bir gün günəş, yaxınlaş
Pıçıldayacam qulağına, gizlincə harada rəqs elədiyimi
Sevgili,
Bu seyri-sülukdə nə canlar yandırdı eşq, nə qədər izdirab
Leyliyə bulandı daş şəhərlər
Sufi o qədər zəngin olar ki, öləndə nə çadır, nə yas?
Bircə, “nur içində yat” deyərlər...
Yenə dolub gözləri buludların
Havadan məsnəvi qoxusu gəlir
Oyan yuxudan, ölməyin vaxtı deyil
Fəth ediləsi çox ürək var, dur əynini geyin
Pul altında əzilmiş kişiciklər meydanında
Yatıb qalmış müharibə saatının yanında
Gözləyirəm səni
Oyan qadam, oyan
İndi heç qəhrəman olmağın da vaxtı deyil.
Mən torpaqdanam, torpaq alovdan
Alov olsam, Şəmsdən qеyri nə yandırar günəşi?
Rəngsiz bayraqlarını tutdullar əllərinə, ilahi
Qələmi, hörməti, vicdanı qırdılar, ilahi
Dur ilahi, əsəbləş bu bəşəriyyətə
Çevir daşa, yandır bizləri, ilahi
Yenə dolub gözləri buludların
Havadan vicdan qoxusu gəlir
Deyəsən söz vеrib buludlara
Uzaqlardan bir peyğəmbər gəlir.

Nur » Ali Khayyam Letras !!!
Esta web no aloja ningun archivo mp3©Fox.MusicaDe.Win 2025 Colombia - Chile - Argentina - Mexico. All Rights Reserved.

Musica Online, Escuchar musica online , Musica En Linea, Musica en linea gratis, Escuchar Musica Gratis, Musica Online 2025, Escuchar Musica

Musica 2025, Musica 2025 Online, Escuchar Musica Gratis 2025, Musica 2025 Gratis, Escuchas, Musica de Moda.