[Bənd 1]
Yarpaqlar tökülür ömürdən düşən
Al-əlvan fəsillər, boz illər kimi
Yarpaqlar tökülür, qara saçlarım
Ağarır saralan xəzəllər kimi
[Keçid]
Yarpaqlar tökülür, çılpaq budaqlar
Başını qaldırıb göyə dikəldi
Göründü sinədən bozaran dağlar
Mənim də eşqimin payızı gəldi
[Nəqərat]
Yarpaqlar tökülür, susub lal olur
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyyamlar, fərəhli çağlar
[Bənd 2]
Yarpaqlar tökülür, saralır bütün
Örüşlər, cığırlar, yollar, yamaclar
Yarpaqlar tökülür, susur günbəgün
Dodağı nəğməli, səsli ağaclar
[Keçid]
Yarpaqlar tökülür, çılpaq budaqlar
Başını qaldırıb göyə dikəldi
Göründü sinədən bozaran dağlar
Mənim də eşqimin payızı gəldi
[Nəqərat]
Yarpaqlar tökülür, susub lal olur
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyyamlar, fərəhli çağlar
Yarpaqlar tökülür, susub lal olur
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyyamlar, fərəhli çağlar