[Bənd 1]
İnan mənə, ay sevgilim
Sənsiz keçməz ayım, ilim
Dilim olsun dilim-dilim
Əgər bunu yalan desəm
Susmağın da bir həddi var
Sussan, ömrüm talan olar
Al qəlbimi, özün apar
Qına məni,“Dayan”, - desəm
[Bənd 2]
Fələk edib qəsdi mənə
Ayrılığın bəsdir mənə
Düşmən elə dostu mənə
Sən tanıtdın, inan, desəm
Yenə səndən uzaq düşdüm
Qəm əlinə dustaq düşdüm
Belə həsrət görməmişdim
Yeri vardır, tufan desəm