Video de: Yasamali Zerbeci Lyrics Anar Isayev » Lyrics Fox.MusicaDe.Win

Bienvenidos a Fox.MusicaDe.Win Disfruta del Video de: Yasamali Zerbeci 2025 Anar Isayev » Lyrics y comparte musicas con los amigos, Musica Gratis 2025! Fox.MusicaDe.Win!.

Video de: Yasamali Zerbeci Lyrics Anar Isayev » Lyrics

Anar Isayev - Yasamali Zerbeci Lyrics


[Bənd 1: Murad Arif]
Yaşamalı...
Acısıyla, şiriniylə dadmalı
Həyat hər gün yenidir, anlamalı
Bəzən gülməli olur
Bəzən isə ağlamalı...
Yaşamalı...

Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
Bacarmalı...
Yaşamalı...

O gözlərdən təbəssüm yağacaq hələ
İlk baharda güllərin açacaq hələ
Günəş bir gün səninçün doğacaq hələ

[Bənd 2: Okaber]
Ağır zərbələrə zərbəçi dözər
Lazım deyildi kəlbətin pressə, əlfəcin pyesə
Təklik bərkidir mərdi, tərki-dünyanın təfəkkürü kimi sirlidir
Məkrin tərkibi tərk edilən hər kimin təkəbbürü kimi kirlidir
Sən elə mənsən, mən elə sən, əgər gecələr dəmsənsə
Sənin sənə səni sənsən...
Sən sənsənsə
Hər kəsə tüpür! Rədd elə!
Arxamca bağır, gəlim
Kimsə xonçada donuz başı kimi görünəndə çağır gəlim
Tək əldən səs çıxmaz deyən həyatdan tək əlli yapışıb
Feys-kontrolu keçə bilən köpəyin abrına nə gəlib, yaxşı?!
Səs salırdım ki, yatanlar ayılsın özüm oyandığımda
Arxamca danışırmış arxasında dayandığım da
Arxayın-arxayın

[Bənd 3: Murad Arif]
Dəniz coşub qayalara çırpınanda
Göylər bezib, ildırımlarla çaxanda
Sonuncu gün ümid qalır bu dünyada
Son ümid var bu dünyada

İnan ki, sən nə ilk, nə son dərdli adam
Həyat budur, yorulsan da, yola davam
O sinəndə ürək vurursa durmadan
Bezmək olmaz yaşamaqdan...
Yaşamalı...

Yağış hərdən şəhəri islatmalı
Hərdən yaxınlardan uzaqlaşmalı
Soyuq bir dünyada şamtək yanmağı
Bacarmalı...
Yaşamalı...

Yasamali Zerbeci » Anar Isayev Letras !!!