[Bənd 1]
Sovuşacaq bu qış günü
Bu qar kimi, yağış kimi
Bu qız da, öz ilk eşqini
Unudacaq, unudacaq
[Nəqərat]
Tənhalıqdan üşüyəndə
Taleyinə baş əyəndə
Bir körpənin beşiyində
Ürəyini ovudacaq
Unudacaq, unudacaq
Bir körpənin beşiyində
Ürəyini ovudacaq
Unudacaq...
[Bənd 2]
İlk sevgisi düşsə yada
Ürəyini salsa oda
Bir cüt odlu, odlu dodaq
Gözlərini qurudacaq
Unudacaq, unudacaq
[Nəqərat]
Tənhalıqdan üşüyəndə
Taleyinə baş əyəndə
Bir körpənin beşiyində
Ürəyini ovudacaq
Unudacaq, unudacaq
Bir körpənin beşiyində
Ürəyini ovudacaq
Unudacaq...
[Keçid]
Heç bilmirəm mən səni
Haçan, harda itirdim?
Yağış yudu, yoxsa ki, külək apardı səni?
Bu sevgi nağılını mən burdaca bitirdim
Axtarmıram, axtarsam, yəqin tapardım səni
(Axtarsam, yəqin tapardım səni)
[Nəqərat]
Tənhalıqdan üşüyəndə
Taleyinə baş əyəndə
Bir körpənin beşiyində
Ürəyini ovudacaq
Unudacaq, unudacaq
Bir körpənin beşiyində
Ürəyini ovudacaq
Unudacaq...
Unudacaq...