[Bənd 1]
Odlar yurdu, Ana Vətən
Azərbaycan, Azərbaycan
Ucalırsan günü-gündən
Azərbaycan, Azərbaycan
Min illərin yadigarı
Yaddaşın var qədim, ulu
Könüllərin iftixarı
Azərbaycan
[Nəqərat]
Qəhrəmanlar torpağısan
Azərbaycan, Azərbaycan
Xoş günlərin sorağısan
Azərbaycan, Azərbaycan
Bir anasan övladına
İsinirik biz oduna
Qurban olaram adına
Azərbaycan
[Bənd 2]
Bayraqların sırasında
Dalğalanır bayrağımız
Min bir nemət diyarıdır
Bu müqəddəs torpağımız
Zəfərlərdən zəfərlərə
Şanlı bir tarix yazırsan
İgid əsgər, mərd qazisən
Azərbaycan
[Nəqərat]
Qəhrəmanlar torpağısan
Azərbaycan, Azərbaycan
Xoş günlərin sorağısan
Azərbaycan, Azərbaycan
Bir anasan övladına
İsinirik biz oduna
Qurban olaram adına
Azərbaycan
Qəhrəmanlar torpağısan
Azərbaycan, Azərbaycan
Xoş günlərin sorağısan
Azərbaycan, Azərbaycan
Bir anasan övladına
İsinirik biz oduna
Qurban olaram adına
Azərbaycan