[Bənd 1]
Zülmətlərə işıq saçan
Bir çıraqsan həyatımda
Qəlb ovudan, könül açan
Bir qonaqsan həyatımda
[Keçid]
Ömrün bəzəyidir sevgi yolu
Gül-çiçəkdir sağı-solu
Gələcəyə ümid dolu, ay sevgilim
Bir sabahsan həyatımda
[Nəqərat]
Bizi qısqanırlar, alışıb-yanırlar
Gəl qoruyaq bu saf sevgimizi
Bu eşq bəxtimizə Tanrıdan yazılıb
Gəl qoruyaq bu saf sevgimizi
Hamı heyrətlə seyr etsin bizi
[Bənd 2]
Təkcə sənsən məni duyan
Təkcə sənsən mənə həyan
Ruhumuzu alışdıran
Bir ocaqsan həyatımda
[Keçid]
İnan, səndən ayrı qəlbim yanar
Tənha yollar məni yorar
Sən olmasan, nəbzim durar, ay sevgilim
Bir dayaqsan həyatımda
[Nəqərat]
Bizi qısqanırlar, alışıb-yanırlar
Gəl qoruyaq bu saf sevgimizi
Bu eşq bəxtimizə Tanrıdan yazılıb
Gəl qoruyaq bu saf sevgimizi
Hamı heyrətlə seyr etsin bizi
Bizi qısqanırlar, alışıb-yanırlar
Gəl qoruyaq bu saf sevgimizi
Bu eşq bəxtimizə Tanrıdan yazılıb
Gəl qoruyaq bu saf sevgimizi
Hamı heyrətlə seyr etsin bizi